"Əsgərimizə məkanı yollayıb ki, "gəl bizə" - ŞOK məqamlar

"Əsgərimizə məkanı yollayıb ki, "gəl bizə" - ŞOK məqamlar
10.10.2026 17:10 Gündəm

Oktyabrın 1-də Ermənistanın Sünik (Zngəzur) vilayətinin Sisian (Qarakilsə) rayonunda yerləşən Şəki kəndində saxlanılan Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayev ətrafında müəmmalı vəziyyət davam edir.

TodayPress TV  xəbər verir ki, bu mövzuda hərbi ekspert Ədalət Verdiyev Musavat.com-un suallarını cavablandırıb.

- Nikol Paşinyan deyib ki, əgər əsgər atəş açmasaydı, dərhal Azərbaycana qaytarılardı. Bir tərəfdən müqavimət göstərmədiyini, kəşfiyyatçı olmadığını təsdiqləyirlər, digər tərəfdən atəş açdığını iddia edirlər. Buradan nə başa düşmək olar?
- Həbsdə olan əsgər haqqında müxtəlif iddialar irəli sürülə bilər. Məsələn, deyə bilərlər ki, o, atəş açıb. Ancaq əgər üç gün orada qalıbsa, niyə həmin müddətdə atəş açmayıb? Hətta onunla yaxşı davranıldığı da iddia olunur. Nə qədər ki, Ani xanım onun üzünə yaxşı baxırdı, problem yox idi. Əsgər geri qayıtmaq istəyəndə problem yaranıb, görünən budur. İkincisi də atəş açmasına dair çox nağıl danışmaq olar. Amma ortada bunu təsdiqləyən fakt yoxdur. Bıçaq yarasından söhbət gedir, bıçağı da çəkən qadın olub. Bəli, Azərbaycan əsgəri qadın tərəfindən bıçaqlanıb.
- Erməni mətbuatında belə bir iddia var ki, əsgər bıçaqlanıb, süpürləşəndə qadın xəsarət alıb. Məsələ ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Ən yaxşısı əsgəri geri qaytarırlar, Azərbaycan öz qanunları ilə, əgər onun günahı varsa – mənə görə, var - əsgəri də, ona cavabdeh şəxsləri də hüquq mühafizə orqanlarımız araşdırıb, qanun çərçivəsində tədbir görəcək. Həmin erməni qadın da məsuliyyət daşıyır, elə deyilmi?
- Əlbəttə. Əsgərə “Instagram”da məkanı o yollayıb ki, “gəl bizə!” Ani yaman Anidir e… (Gülür) Bir erməni var idi e, deyirdi ki, evimi qoruyuram. Əgər buradan kənara çıxsam, onlar gəlib mənim arvadımın alt paltarını axtaracaqlar. Gülür. 
XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər