Premyer Liqa klublarına intizam cəzası verildi

İdman

21.04.2026 12:42

AFFA “Qarabağ” və “Sabah”ı azarkeşlərə görə 5000 manat cərimələyib.

TodayPress TV xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Premyer Liqanın XXVIII turunun mərkəzi qarşılaşmasından sonra hər iki komandanın azarkeş sektorlarından meydana kənar şəxslərin daxil olması klubların büdcəsinə ziyan vurub. 

Cari mövsümdə analoji halın ikinci dəfə yaşanması səbəbindən həm “Qarabağ”, həm də “Sabah” klubu 5000 manat cərimə olunub.

Bundan əlavə, “Sabah”ın altı futbolçusu sarı vərəqə aldığı üçün klub daha 700 manat cərimə edilib. “Sabah”ın futbolçusu Abdulla Xaybullayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, “bayquşlar” isə daha 1000 manat ziyana düşüb.

Namiq HUN

TodayPress TV

tag: AFFA,Qarabağ,Sabah,Cərimə,Todaypress.tv,