Premyer Liqa əfsanəsi yeni missiya astanasında!

Premyer Liqa əfsanəsi yeni missiya astanasında!
27.04.2026 11:58 İdman
Stiven Cerrard “Börnli” klubunun baş məşqçi postuna namizədlərdən biri hesab olunur.

TodayPress TV “Burnley Express”ə istinadən xəbər verir ki, Premyer Liqanı  tərk edən komanda yeni mövsüm öncəsi yeni çalışdırıcı axtarışındadır.

45 yaşlı mütəxəssis 2025-ci ilin yanvarından – “Əl-İttifaq”dan ayrıldıqdan sonra işsizdir və yenidən məşqçiliyə qayıtmaq istəyir. 

Bildirilir ki, Cerrard komandaya rəhbərlik etmək təklifini qəbul etməyə hazırdır.

“Börnli” tərəfi yayılan xəbərlərlə bağlı hələlik rəsmi açıqlama verməyib və uğursuz mövsümdən sonra hazırkı baş məşqçi Skott Parkerin gələcəyini müzakirə edir. Klub ötən həftə vaxtından əvvəl Çempionşipə yuvarlanıb.

Xatırladaq ki, Cerrard daha əvvəl “Reyncers” və “Aston Villa”da baş məşqçi kimi çalışıb.

Bu posta digər namizədlər arasında Kreyq Bellami də var. O, daha əvvəl Uels yığma komandasını dünya çempionatına çıxara bilməyib.

Namiq HUN

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər