Portuqaliya millisi Ermənistanı darmadağın etdi
Portuqaliya millisi DÇ-2026-nın seçmə mərhələsində Ermənistan yığmasını darmadağın edib.
TodayPress TV xəbər verir ki, İrəvanda "Vazgen Sarkisyan" stadionunda keçirilən görüş qonaqların 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Qaliblərin heyətində Kriştianu Ronaldu və Joao Feliks dubl ediblər, daha bir qolu isə Joao Kanselo vurub.