Portuqaliya Estoniyanı məğlub etdi - 68:65
"AvroBasket-2025"in A qrupunda Estoniya və Portuqaliya milli komandaları üz-üzə gəlib.
TodayPress TV xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma portuqaliyalıların 68:65 (14:14, 12:18, 20:13, 21:20) hesablı qələbəsi ilə başa çatıb.
Portuqaliya yığmasının ən məhsuldar oyunçusu oyunqurucu Rafael Lisboa olub – onun aktivində 17 xal, 1 ribaund və 5 asist var. Estoniya millisində isə ən çox xal toplayan oyunçu forvard Artur Kononçuk olub – 20 xal və 4 ribaund.
Bu qələbə Portuqaliya üçün turnirdə ikinci, Estoniya üçün isə dördüncü məğlubiyyət olub.
Töhfə Səməd