“Panatinaikos” məşqçilər heyətini istefaya göndərdi

“Panatinaikos” məşqçilər heyətini istefaya göndərdi
15.09.2025 17:37 İdman

Yunanıstanın “Panatinaikos” klubunun baş məşqçisi Ruy Vitoriya və onun köməkçiləri istefaya göndərilib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Afina təmsilçisi portuqaliyalı mütəxəssisin rəhbərliyi altında cari mövsümdə keçirdiyi iki matçda cəmi 1 xal toplayıb.

Qeyd edək ki, 55 yaşlı Ruy Vitoriya 2024-ci ilin oktyabrından “Panatinaikos”a rəhbərlik edirdi. 

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər