Palmer “Red Bull” üçün mümkün əvəzləyicini açıqladı

İdman

20.04.2026 16:23

Keçmiş “Formula-1” pilotu Colion Palmer mümkün ssenarini dəyərləndirərək maraqlı fikir səsləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “F1 Nation” nəşri məlumat yayıb.  

Onun sözlərinə görə, əgər Maks Ferstappen “Red Bull Racing” komandasını tərk edərsə, ən uyğun əvəzləyici “Ferrari”nin monakolu pilotu Şarl Lekler ola bilər.

Palmer bildirib ki, hazırda “Ferrari” pilotu yüksək istedada malikdir və uzun müddətdir eyni komandada çıxış edir:

“Əgər maliyyə amili rol oynamasa, mənim seçimim Şarl Lekler olar. O, çox istedadlıdır və düşünürəm ki, hələ də çempion olmaq potensialına malikdir”.

Ekspert əlavə edib ki, əgər “Ferrari” cari mövsüm titul uğrunda mübarizə apara bilməsə, Leklerin başqa komandaya keçidi real variant kimi ortaya çıxa bilər. Onun fikrincə, bu halda “Red Bull” üçün ən cəlbedici namizəd məhz monakolu pilot olacaq.

Namiq HUN

TodayPress TV

tag: Formula-1,Colion Palmer,Maks Ferstappen,Red Bull Racing,Todaypress.tv,