Ukraynada zavodlar qaranlıqda qaldı, silah qatarları vuruldu

Ukraynada zavodlar qaranlıqda qaldı, silah qatarları vuruldu
23.11.2026 10:19 Dünya

Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətində yerləşən 330 kilovoltluq elektrik yarımstansiyasına və Dnepropetrovsk dəmir yolu stansiyası yaxınlığında iki lokomotivə zərbə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, elektrik yarımstansiyası Ukraynanın hərbi-sənaye kompleksinin ehtiyaclarını təmin edib. İki lokomotiv isə Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi texnikanın daşınmasında istifadə olunub.

Qiymət Mahir

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər