Simeone tarix yazdı, əfsanəvi rekordu qırdı!
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasında qələbə sayına görə yeni rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, Madrid təmsilçisi İspaniya çempionatının XIII turunda səfərdə “Xetafe”ni 3:0 hesabı ilə məğlub edib. Bu qələbə argentinalı mütəxəssis üçün turnirdə 345-ci olub.
Beləliklə, Simeone 344 qələbə ilə rekorda sahib olan Luis Araqonesi geridə qoyaraq La Liqa tarixində ən çox qələbə qazanan baş məşqçi olub.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir. O, karyerası ərzində İspaniyada yalnız “Atletiko”nu çalışdırıb.
Namiq HUN