Bir yaşlı uşaq 11-ci mərtəbədən yıxılıb öldü
Bakıda 1 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub.
TodayPress TV xəbər verir ki, hadisə Qaradağ rayonu S.Orucov küçəsində baş verib.
2025-ci il təvəllüdlü Alina Mərhəmət qızı Hüseynzadə yaşadığı 11-ci mərtəbədəki mənzilin eyvanından yıxılıb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.