İstanbuldan qalxan təyyarə Moskvaya çata bilmədi
Türkiyədən Rusiyanın paytaxtı Moskvaya uçan sərnişin təyyarəsi Komi Respublikasının Sıktıvkar şəhərində eniş edib.
TodayPress TV xəbər verir ki, bu barədə “TourDom” məlumat yayıb.
Hadisə noyabrın 23-də səhər saatlarında İstanbul-Moskva reysi ilə hərəkət edən təyyarədə baş verib. Rusiya aviaşirkətinə məxsus hava gəmisi uçuş marşrutu üzrə Sıktıvkar hava limanına enməli olub.
Başqa şəhərdə qalmalı olan sərnişinlərdən biri hadisə barədə məlumat verib. Təyyarənin planlaşdırılmamış enişinin dəqiq səbəbi hələlik məlum deyil.
Qiymət Mahir