Şahbaz Şərif Rusiyaya gedir
Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 30-da üçgünlük səfərlə Rusiyaya gələcək.
TodayPress TV xəbər verir ki, bu barədə “DAWN” qəzeti Pakistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Şahbaz Şərif Rusiya Prezidenti Vladimir Putinlə görüşündə İslamabad və Moskva arasında enerji, müdafiə, ticarət, regional təhlükəsizlik və investisiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.
Qiymət Mahir