Parketdə deyil, stulda da həyəcan: Karridən qeyri-adi reaksiya - VİDEO
NBA-nın müntəzəm çempionatında keçirilən “Qolden Steyt Uorriorz” – “Boston Seltiks” matçında maraqlı an yaşanıb.
TodayPress TV xəbər verir ki, “Qolden Steyt”in basketbolçusu Dreymond Qrin oyunun ilk dəqiqələrində üçxallıq atışlarla diqqət çəkib.
O, ilk dörd cəhdindən üçünü altı dəqiqədən az müddətdə dəqiq yerinə yetirib.
Qrin üçüncü üçxallıq atışını səbətə göndərdikdən sonra komanda “Boston” üzərində 15:10 hesabı ilə önə keçib. Bu məqamda görüşü zədə səbəbindən buraxan Stefen Karri sevincini gizlədə bilməyib. O, əllərini yuxarı qaldıraraq oturduğu stuldan parketə sürüşüb.
Daha sonra ayağa qalxan Karri yenidən əllərini havaya qaldıraraq ətrafdakılara gülməli anlar yaşadıb.
Qeyd edək ki, Karri sağ qarın nahiyəsinin xarici çəp əzələsinin cırılması səbəbindən bu qarşılaşmada iştirak etməyib.
Namiq HUN