Omar Marmuş Mançester derbisini buraxacaq
“Mançester Siti” klubunun hücumçusu Omar Marmuş dizindən aldığı zədə səbəbindən Premyer Liqanın 4-cü turunda “Mançester Yunayted”lə keçiriləcək oyunda iştirak etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Futbolçu Misir yığmasının Burkina-Faso ilə DÇ-2026-nın Afrika zonası üzrə seçmə oyununda (0:0) zədələnib. Misirdə aparılan ilkin müayinələr Marmuşun sentyabrın 14-də keçiriləcək derbidə oynaya bilməyəcəyini göstərib.
Bildirilir ki, futbolçu yaxın günlərdə Mançestərə qayıdaraq əlavə tibbi müayinədən keçəcək.
Namiq HUN