Neymar Braziliya yığmasının tarixinə düşdü
Braziliya yığmasının futbolçusu Neymar 4 dünya çempionatında meydana çıxan dördüncü braziliyalı oyunçu olub.
TodayPress TV "Opta"ya istinadən xəbər verir ki, təcrübəli hücumçu DÇ-2026-nın qrup mərhələsində Şotlandiya ilə matçda (3:0) meydana çıxmaqla bu göstəriciyə nail olub.
Baş məşqçi Karlo Ançelotti qarşılaşmanın 76-cı dəqiqəsində onu meydana buraxıb.
Qeyd edək ki, daha əvvəl Braziliya futbolu tarixində 4 dünya çempionatında yalnız Calma Santos, Kafu və Pele iştirak edib.