Avtoidman aləmini həyəcanlandıran açıqlama: Serxio Peresdən sürpriz istək!

Avtoidman aləmini həyəcanlandıran açıqlama: Serxio Peresdən sürpriz istək!
22.10.2026 16:14 İdman

“Kadillak”ın pilotu Serxio Peres əfsanəvi “Le-Manın 24 saatı” marafonunda dünya çempionları Maks Ferstappen və Fernando Alonso ilə eyni komandada mübarizə aparmaq arzusunda olduğunu etiraf edib. 

TodayPress TV xəbər verir ki, bu barədə “GPblog” məlumat yayıb.

Peres, belə bir heyətlə yarışmağın möhtəşəm olacağını qeyd etsə də, hər üç sürücünün qrafikini uyğunlaşdırmağın çətinliyini vurğulayıb.

Xatırladaq ki, Ferstappen “Formula-1”dən kənar “GT” yarışlarında fəal iştirak edir, Alonso isə Fransadakı 24 saatlıq marafonun qalibi adını artıq iki dəfə qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər