Nəhəng klublar istəyir, amma o “Barselona”nı seçir

İdman

21.04.2026 09:25

“Barselona” klubunda çıxış edən hücumçu Robert Levandovskinin gələcəyi ilə bağlı yeni detallar ortaya çıxıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. 

Bildirilib ki, futbolçunun agenti Pini Zahavi klub rəhbərliyi ilə görüşəcək. Əsas məqsəd Levandovskinin müqaviləsinin uzadılması ilə bağlı danışıqları yekunlaşdırmaqdır.

Agent Barselonaya oyunçunun statusuna və səviyyəsinə uyğun maliyyə şərtləri əldə etmək niyyəti ilə gələcək. Klub isə müqaviləni 2027-ci ilin yayına qədər uzatmağı təklif etsə də, tərəflər hələlik maaş məsələsində razılığa gələ bilməyib. Rəhbərlik yeni təklifdə maaşın azaldılmasını da nəzərdən keçirir və daha çox futbolçunun komandadakı rolu və oyun vaxtına fokuslanır.

Digər tərəfdən, “Çikaqo Fayr”, Səudiyyə Ərəbistanı klubları, həmçinin “Yuventus” və “Milan” kimi komandaların marağına baxmayaraq, polşalı forvardın əsas prioriteti karyerasını “Barselona”da davam etdirməkdir.

Qeyd edək ki, Robert Levandovski 2022-ci ildə “Bavariya” klubundan transfer olunub. O, cari mövsümdə 40 oyunda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

TodayPress TV

tag: Barselona,Robert Levandovski,Klub,Futbol,Todaypress.tv,