“Neftçi”nin əsas namizədi Vernidub Azərbaycana gəlir

“Neftçi”nin əsas namizədi Vernidub Azərbaycana gəlir
28.11.2025 16:03 İdman

Ukraynalı məşhur futbol mütəxəssisi Yuri Vernidub “Neftçi” klubu ilə müqavilə imzalamaq üçün Bakıya gələcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. 

Bildirilir ki, paytaxt təmsilçisini çalışdırmağa razılıq verən Vernidub noyabrın 29-da Azərbaycana gələcək.

Qeyd edək ki, “Neftçi”də baş məşqçi postuna əsas namizədlərdən biri olan 59 yaşlı mütəxəssisin Ukraynada hərbi vəziyyətin tətbiq olunması səbəbindən ölkə xaricə çıxışına məhdudiyyət var. Ukraynada 60 yaşadək çağırış yaşında olan şəxslərin ölkəni tərk etməsi qadağandır. Bu yaşa çatmayan şəxslər yalnız xüsusi icazə olduqda xaricə gedə bilərlər.

Vernidubun Azərbaycana səfəri 59 yaşlı mütəxəssisin bu icazəni əldə etməsindən xəbər verir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər