“Neftçi” Yevlaxda penaltilərlə qalib gəldi
İdman
20.12.2025 16:45
Azərbaycan Premyer Liqasında XVI turun oyunları davam edir.
TodayPress TV xəbər verir ki, Yevlax şəhər stadionunda “Karvan-Yevlax” klubu “Neftçi”ni qəbul edib.
Matçın 45+9-cu dəqiqəsində penalti zərbəsindən Araz Abdullayev fərqlənərək meydan sahiblərini hesabda irəli çıxarıb – 1:0. İlk hissə “Karvan-Yevlax”ın minimal üstünlüyü ilə başa çatıb.
Oyunda tarazlıq 61-ci dəqiqədə bərpa olunub. Bassala Sambu “Neftçi”nin bərabərlik qolunu vurub – 1:1.
Görüşün taleyini isə 90+7-ci dəqiqədə təyin olunmuş penalti həll edib. Emin Mahmudov fürsəti dəqiq yerinə yetirərək “Neftçi”ni hesabda irəli çıxarıb – 1:2.
Beləliklə, “Karvan-Yevlax” – “Neftçi” oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda “Karvan-Yevlax” 6 xalla 12-ci pillədə, “Neftçi” isə 20 xalla 8-ci sırada qərarlaşıb. Komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatmışdı.
Namiq HUN
tag: “Neftçi” ,“Karvan-Yevlax”,Azərbaycan Premyer Liqası,Matç,Todaypress.tv,
