“Neftçi” Polşada ilk yoxlama matçını keçirdi

“Neftçi” Polşada ilk yoxlama matçını keçirdi
17.07.2025 21:55 İdman

Azərbaycan Premyer Liqasının növbəti mövsümünə hazırlığını Polşada davam etdirəm “Neftçi” klubu ilk yoxlama matçını keçirib.

TodayPress TV xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda İsrail təmsilçisi “Hapoel”lə (Təl-Əviv) üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Neftçi"nin heyətində 1-ci dəqiqədə Emin Mahmudov fərqlənib.

Qeyd edək ki, paytaxt təmsilçisi növbəti görüşlərini Polşanın “Termalika” (22 iyul), Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər