"Neftçi" onunla vidalaşdı
"Neftçi" futbolçusu Cordan Rezabala ilə vidalaşıb.
Bu barədə TodayPress TV-yə klubun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, ekvadorlu yarımmüdafiəçi "Neftçi"yə ötən ilin yayında transfer olunub. O, Bakı kollektivinin heyətində 26 rəsmi oyun keçirib.