"Neftçi" əsas mərhələdə ilk qələbəsini qazandı

"Neftçi" əsas mərhələdə ilk qələbəsini qazandı
21.10.2025 20:50 İdman

"Neftçi"nin basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununu keçirib.

TodayPress TV-nin məlumatına görə, Bakıda Estoniyanın "Kalev" kollektivini qəbul edən "ağ-qaralar" 95:84 hesablı qələbə qazanıblar.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Qeyd edək ki, "Neftçi" ilk matçında Polşada "Trefl"ə uduzub - 63:92. I qrupunun digər görüşündə "Abşeron Lions" sabah Bakıda "Trefl"lə üz-üzə gələcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər