"Neftçi" Dünya Qadın Seriyasında 1/4 finala yüksəldi
"Neftçi"nin 3x3 basketbol komandası Dünya Qadın Seriyasında Sumqayıt mərhələsində finala yüksəlib.
TodayPress TV xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət millisi mübarizəni təsnifat oyunlarında dayandırsa da, "Neftçi" klubu ilk qrup oyununda Çinin "Yanjing" klubuna 21:18, ikinci matçında isə Çin millisinə 15:13 hesabı ilə qalib gəlib və qrup lideri olaraq 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, "Neftçi" bu mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq.