“Neftçi” AFFA-nın qərarından apellyasiya şikayəti verdi

“Neftçi” AFFA-nın qərarından apellyasiya şikayəti verdi
03.09.2025 21:00 İdman

“Neftçi” AFFA-nın İntizam Komitəsinin bugünkü iclasının İqor Ribeyro ilə bağlı qərarından apellyasiya şikayəti verib.

TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” futbolçunun 3 oyun cəzalandırılıb, klubun isə 3000 manat cərimə edilməsi qərarı ilə razı deyil.

Xatırladaq ki, İqor Ribeyro Misli Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər