NBA əfsanəsi Lebron və Donçiç duetinə güvənir
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) Şöhrət Zalının üzvü, dördqat çempion və hazırda analitik kimi fəaliyyət göstərən Şakil O’Nil sabiq komandası “Los-Anceles Leykers”in qarşıdakı mövsümdəki çempionluq perspektivləri barədə danışıb.
TodayPress TV xəbər verir ki, sabiq basketbolçu komandanın iki ulduzu - Lebron Ceyms və Luka Donçiç tandeminə xüsusi diqqət çəkib:
“NBA tarixində hər zaman məşhur duetlər olub. “Leykers”dən biz yalnız çempionluq gözləyirik. Ümid edirəm, onların bunu artıq qarşıdakı mövsümdə bacarmaq imkanı olacaq”, — deyə O’Nil vurğulayıb.
Namiq HUN