“Napoli” antirekordunu yenilədi
“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi olan İtaliyanın “Napoli” klubu III turda səfərdə PSV-yə (Eyndhoven) 2:6 hesabı ilə məğlub olub.
TodayPress TV “Opta”ya istinadən xəbər verir ki, Neapol təmsilçisi 1997-ci ildən sonra ilk dəfə öz qapısından bir oyunda altı qol buraxıb.
III turdan sonra "Napoli" 3 xalla Çempionlar Liqasının turnir cədvəlində 22-ci yerdədir. “Azzurri” daha əvvəl “Mançester Siti”yə (2:0) uduzub və “Sportinq”ə (2:1) qalib gəlib.
“Napoli” noyabrın 25-də öz meydanında “Qarabağ”ı qəbul edəcək.
Namiq HUN