Muğlada uğur – avarçəkənlərimiz 3 medal qazandı

Muğlada uğur – avarçəkənlərimiz 3 medal qazandı
18.04.2026 16:22 İdman

Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar Kuboku” beynəlxalq reqatası başa çatıb.  

TodayPress TV xəbər verir ki, avarçəkənlərimiz vətənə 3 medalla qayıdır

1 nəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Hüseyn Səmədli iki kateqoriyada gümüş medala sahib olub. Hüseyn həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə ikinci yer tutub.  

Bir nəfərlik kanoedə 500 metr məsafəyə yürüşdə daha bir medala 2010-2011 təvəllüdlü idmançılar arasında Fəxri Məmmədli layiq görülüb. O, bürünc medal qazanıb. 

Beləliklə, Azərbaycan Su İdman Növləri Federasiyası “Bahar Kuboku”nu 2 gümüş, 1 bürünc medalla başa vurub.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Muğlada uğur – avarçəkənlərimiz 3 medal qazandı — 1
Muğlada uğur – avarçəkənlərimiz 3 medal qazandı — 2
Muğlada uğur – avarçəkənlərimiz 3 medal qazandı — 3
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər