Mirra Madrid turnirinə qələbə ilə başladı
İdman
24.04.2026 09:39
Rusiyalı tennisçi Mirra Andreyeva Madrid turnirinə qələbə ilə başladıqdan sonra azarkeşlərə təşəkkür edib.
TodayPress TV xəbər verir ki, 18 yaşlı raketka ustası İspaniya paytaxtında keçirilən WTA-1000 turnirinin ikinci mərhələsində Macarıstan təmsilçisi Panna Udvardini 7:5 və 6:2 hesabı ilə məğlub edərək üçüncü tura yüksəlib.
Oyundan sonra kortda müsahibə verən dünya reytinqinin 8-ci nömrəsi azarkeşlərə xüsusi təşəkkürünü çatdırıb.
“Dəstəyə görə hər kəsə çox təşəkkür edirəm. “Dəstək olun” sözünü ispan dilində necə deməyi bilmirəm. Çalışacağam ki, məşqçim Conçita Martinesdən bir neçə ifadə öyrənim. Bu gün hazırlaşmalı idim, amma növbəti dəfə kortda müsahibə versəm, sizi təəccübləndirmək üçün ispan dilində nəsə deməyə çalışacağam”, – deyə Mirra bildirib.
Namiq HUN
tag: Mirra Andreyeva,Madrid turniri,Tennis,Yarış,Todaypress.tv,
