Millimizin ilk final həyəcanı
Çində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Seriyasının final mərhələsi keçirilir.
TodayPress TV xəbər verir ki, Azərbaycan millisi tarixində ilk dəfə həlledici mərhələdə çıxış edəcək.
Şanxay turnirinin B qrupunda yer alan komandamız Kanada, Niderland U-25 yığması və Rumıniyanın “Rapid” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, qrup qalibləri yarımfinala yüksələcək, 2-3-cü yerləri tutan komandalar isə 1/4 finalda mübarizəni davam etdirəcək.
Namiq HUN