Millimiz tarixi ənənəni heç etdi

Millimiz tarixi ənənəni heç etdi
06.09.2025 10:16 İdman

Mən sonuncu dəfə futbol millimizi Reykyavik turnesinə, daha dəqiq, Dünya çempionatının seçmə mərhələsinə 15 saat qalmış D qrupunda birinci yerdə gördüm. Yenə xəyallarım qrup komandalarının əlifba sıralaması ilə düzülüşü zamanı gerçəkləşdi. Zirvədə yer alan Azərbaycan Fransa, İslandiya və Ukrayna kimi rəqiblərinə yuxarıdan aşağı baxırdı.

TodayPress TV xəbər verir ki, bu analoqu olmayan hadisə növbəti seçmə mərhələnin başlanğıcında baş verib.

Sonrası isə hamıya məlumdur. Yığma növbəti fiaskoya İslandiya millisi ilə səfər matçında uğradı – 0:5.

Millinin vəziyyətindən xəbərdar olanlar bildirirdilər ki, oyunqabağı komandada normal, “raboçi” ab-hava hökm sürüb. Söz yox ki, İslandiya səfəri çətin səfər idi. Adalı dövlətin topçuları rəqib kimi çətin rəqib sayılsalar da, yenilməz və qorxulacaq qədər deyildilər.

İslandiyadan 1 xal gətirə biləcəyimizi düşünürdüm. Çünki əsrarəngiz təbiəti ilə tarix boyu insanların diqqətini özünə cəlb edən “buzlar ölkəsi”ndən fərqli olaraq, yığması cari mövsüm nəsildəyişmə prosesindən keçir. Problemli milli ilə oynamaq, hətta udmaq da olardı. Amma sən saydığını say, gör fələk nə sayır.

Əgər qapıda Şahrudin olmasaydı, Аrnar Qunnlauqssonun komandası ilə qarşılaşmada qol sayı 5-i də ötüb keçərdi. Qolkiperimiz “Leyqardalsvedlyurd”da Palsson (45+2), Youhannesson (47), (56), Qyudmyundsson (67) və Hlinsson (73) qarşısında büdrəsə də, digər ssonlara baş ağrısı oldu. Başqa sözlə, komanda yoldaşları baxımsız “oyunla” Məhəmmədəliyevi o ki var tərlətdilər.

Uzun sözün qısası, indiyə qədər nə klub, nə də milli səviyyədə uduzmadığımız islandlar, bu dəfə Fernandu Santuşun kollektivinə futbol dərsi keçdilər. Halbuki 2008-ci ildə Berti Foqtsun rəhbərliyi altında Reykyavik qarşılaşması 1:1 hesabıyla bitmişdi. 17 ildən sonra islandlar bacarıqlarını ortaya qoydular. Nəticə isə göz qabağındadır – 5:0.

Odur ki, sentyabrın 9-da xəstələrin, qocaların, psixikası pozulmuş insanların televiziya ekranlarından uzaqlaşdırılması məsləhətdir. Çünki həmin gün saat 20:00-da Azərbaycan - Ukrayna oyunu başlayacaq. Sizə xəbərdarlıq edirəm və bu vaxt oyunun yayımlanacağı kanalı açmamağı məsləhət görürəm. Əsəblərinizə, xüsusən də sağlamlığınıza diqqət edin.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 Bütün Xəbərlər