Messidən tarixi keçid: Ronaldunu qabaqladı

Messidən tarixi keçid: Ronaldunu qabaqladı
20.07.2025 21:15 İdman

Lionel Messinin çıxış etdiyi “İnter Mayami” səfər matçında “Nyu York Red Bullz” komandasını 5:1 hesabı ilə məğlub edib.

TodayPress TV xəbər verir ki, ABŞ MLS liqasının növbəti turuna daxil olan qarşılaşma “Red Bull Arena” stadionunda baş tutub.

Argentinalı hücumçu oyunda iki dəfə fərqlənərək 60 və 75-ci dəqiqələrdə qol vurub.

Bu qollarla Messinin penalti vuruşları istisna olmaqla karyerasındakı ümumi qol sayı 764-ə çatıb. Beləliklə, o, 763 qolla qərarlaşan və hazırda “Əl-Nəsr”də çıxış edən Kriştianu Ronaldunu geridə qoyub.


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər