Məryəm Cavadova bu gün Azərbaycanın ümidlərini suya daşıyacaq
Bu gün Azərbaycan üzgüçüsü Məryəm Cavadova Seneqalın paytaxtı Dakarda keçirilən Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
TodayPress TV xəbər verir ki, üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında qüvvəsini sınayacaq.
Yarışa Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
Qeyd edək ki, Azərbaycan Dakar-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Dakar, Diamniadio və Salid şəhərlərində təşkil olunan Oyunlar noyabrın 13-də başa çatacaq.
Namiq HUN