Tramp Konqresi kənarda qoymağa hazırlaşır: ABŞ-də yeni plan üzə çıxdı

Tramp Konqresi kənarda qoymağa hazırlaşır: ABŞ-də yeni plan üzə çıxdı
02.11.2026 05:17 Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresin təsdiqi olmadan siyasi kursunu davam etdirmək üçün plan hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, administrasiya apreldən etibarən bu istiqamətdə hazırlıqlara başlayıb. Plan çərçivəsində Trampın prezident fərmanlarından daha geniş istifadə etməsi və icra hakimiyyətinin səlahiyyətlərini geniş şərh etməsi nəzərdə tutulur.

Mümkün addımlar sırasında yeni gömrük rüsumlarının tətbiqi, viza qaydalarının sərtləşdirilməsi və Ağ Evin büdcə vəsaitlərinə nəzarətinin artırılması yer alır.

Bununla yanaşı, administrasiyanın hüquqşünasları rəsmiləri demokratların mümkün araşdırmalarına hazırlayır və Konqresdən daxil olan sorğulara cavab vermə qaydalarını izah edirlər.

Agentliyin məlumatına görə, Trampın Konqresdə çoxluğun demokratlara keçəcəyi təqdirdə ölkəni idarə etməyə davam edib-etməyəcəyi ilə bağlı sualına mənbələrdən biri “Çox rahat” cavabını verib.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər