Binance istifadəçilərinə ŞAD XƏBƏR: Pul çıxarılması bərpa edildi
Kriptobirja “Binance” tarixinin ən böyük kiberhücumundan sonra pul çıxarılmasını bərpa edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Şirkət oğurlanmış aktivlərin təxminən 95%-nin geri qaytarıldığını və müştərilərə dəymiş zərərin tamamilə öz vəsaiti hesabına ödəniləcəyini açıqlayıb.
Bildirilib ki, kriptovalyutaların platformadan çıxarılması mərhələli şəkildə bərpa olunur.
Kübra Musayeva