Rusiyaya görə Almaniya dünya çempionatını keçirmək istəmir

Rusiyaya görə Almaniya dünya çempionatını keçirmək istəmir
02.11.2026 03:38 Dünya

Almaniya Rusiya millisinin mümkün qayıdışı səbəbindən 2027-ci il Hokkey üzrə Dünya Çempionatına ev sahibliyindən imtina edə bilər.

TodayPress TV xəbər verir ki, Almaniya Hokkey Federasiyasının rəhbəri Frank Lutz İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından sonra təşkilatın bütün variantları, o cümlədən turnirin keçirilməsindən imtinanı nəzərdən keçirməli olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya millisinin yarışda iştirakı təhlükəsizlik xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.

Federasiya rəhbəri əlavə edib ki, məsələ Almaniya hakimiyyətinin siyasi qərarlarından da asılıdır və təşkilatın bu qərarlara təsir etmək imkanı yoxdur.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər