İranın süqutu ilə kim qazanacaq, kim itirəcək?

İranın süqutu ilə kim qazanacaq, kim itirəcək?
02.11.2026 09:06 Dünya

Yaxın Şərqdə mümkün hakimiyyət dəyişikliyi təkcə İranın daxili siyasi gələcəyini deyil, bütövlükdə regionun geosiyasi xəritəsini yenidən formalaşdıra bilər. Tehranda baş verəcək hər hansı ciddi dəyişiklik İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı və digər regional güclər arasında mövcud rəqabətin istiqamətini dəyişmək potensialına malikdir. Bu ssenaridə diqqətçəkən məqamlardan biri isə İranın ardınca Türkiyənin də geosiyasi təzyiqlərlə üzləşə biləcəyi ehtimalıdır.

TodayPress TV “Monte Cristo” “X” kanalına istinadən xəbər verir ki, İsrail və tərəfdaşları İran rejiminin devrilməsini niyə bu qədər istəyir? Çünki Tehranı öz təsir dairələrinə çəkməklə bütün regionda güc balansını dəyişə və növbəti hədəf kimi Türkiyəni ön plana çıxara bilərlər.

İran Yaxın Şərqin əsas geosiyasi açarıdır. Region iki rəqib düşərgəyə bölünüb:

Mavi düşərgə: İsrail, BƏƏ, Misir, Yunanıstan, Azərbaycan və Hindistan.

Qırmızı düşərgə: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan. Bu ölkələr avqust ayında imzalanmış Məkkə Paktı ilə əlaqələndirilir.

Yaşıl düşərgə: İran – heç kimin müdafiə etmədiyi ortaq rəqib.

Bəs İran rejimi süqut etsə və yaşıl düşərgə maviyə qoşulsa, nə baş verər?

Hazırkı vəziyyətdə mavi və qırmızı düşərgələrin gücü təxminən bir-birini tarazlaşdırır. İran isə İsrail və tərəfdaşlarının diqqətini öz üzərində saxlayan əsas rəqib rolunu oynayır.

Qırmızı düşərgə Tehranı müdafiə etməyib, lakin hücuma da qoşulmayıb. Məkkə Paktı rəsmi olaraq heç bir ölkəni hədəf almır. Hətta Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan rəsmiləri müharibənin yenidən başlamasının qarşısını almaq üçün oktyabrın 26-da Tehrana səfər ediblər.

İran rejimi süqut edərsə…

Mavi düşərgə İranın ərazisi, Fars körfəzinə çıxışı və Türkiyə, İraq, Pakistanla sərhədləri hesabına böyük geosiyasi üstünlük əldə edə bilər.

İsrail isə əsas regional rəqibini itirməklə yanaşı, Türkiyə və Pakistanın yaxınlığında dost mövqedə dayanan yeni qonşu qazana bilər.

Bu halda qırmızı düşərgənin yeni güc balansına uyğunlaşması çətinləşə bilər. Güc siyasətində say və resurs baxımından geridə qalan düşərgə növbəti təzyiq hədəfinə çevrilə bilər.

Məhz buna görə də İrandan sonra Türkiyənin növbəti hədəf olacağı barədə müzakirələr aparılır. Lakin araşdırmada bu fikrin yalnız bəzi rəy yazılarında və İsrail rəsmilərindən birinin Ynet-ə Məkkə Paktı ilə bağlı verdiyi xəbərdarlıqda yer aldığı, hər hansı məlum rəsmi planın olmadığı qeyd edilir.

Türkiyə niyə buna qarşı çıxır?

Türkiyə və İran 1639-cu ildən bəri eyni sərhəd boyunca soyuq sülh şəraitində yaşayır.

Ankara çökmüş İrandansa zəif, lakin mövcudluğunu qoruyan İranı üstün tutur. Türkiyənin xarici işlər naziri Hakan Fidan hərbi müdaxiləyə qarşı çıxır. İraq və Suriya təcrübəsindən sonra Ankara yeni qaçqın dalğasının yaranmasından da ehtiyat edir.

Hindistan və Pakistan amili

Pakistan 2025-ci ildə imzalanmış müdafiə sazişi və Məkkə Paktı vasitəsilə Səudiyyə Ərəbistanı ilə bağlıdır.

Hindistan isə İsrail və BƏƏ-nin tərəfdaşıdır. Bu ölkələr Avropaya uzanması planlaşdırılan ticarət dəhlizi vasitəsilə də əlaqələndirilir.

İki nüvə dövlətinin – Hindistan və Pakistanın Yaxın Şərqdəki mümkün qarşıdurmanın fərqli tərəflərində dayanması istənilən böhranın nəzarətdən çıxması riskini artırır. Bununla belə, mənbələrdə bu ölkələrin heç birinin Fars körfəzində hərbi əməliyyatlarda iştirak etdiyinə dair məlumat yoxdur.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər