Serbiyada rusiyalıların istifadə etdiyi bank bağlandı
Serbiyada rusiyalıların istifadə etdiyi məşhur bank bağlandı.
TodayPress TV xəbər verir ki, Serbiya Mərkəzi Bankı maliyyə vəziyyətinin pisləşməsi və çirkli pulların yuyulması şübhələri səbəbindən “Alta Bank”ın fəaliyyətini dayandırıb.
Bankın bağlanmasından sonra müştərilərin kütləvi şəkildə vəsaitlərini çıxarması və xaricə pul köçürmələri barədə məlumatlar yayılıb.
Məlumata görə, “Alta Bank” 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Rusiya ilə bağlı maliyyə əməliyyatlarının həyata keçirilməsinə kömək edib. Bankın fəaliyyəti daha əvvəl Avropa Mərkəzi Bankının da diqqətini cəlb edib.
Serbiya prokurorluğu və hakimiyyətə gəlməyə hazırlaşan tələbə hərəkatı bankın fəaliyyəti və mümkün qanunsuz pul köçürmələri ilə bağlı araşdırma aparılmasını tələb edib.
Bəzi KİV-lərin məlumatına görə, “Alta Bank”ın sahibi Davor Matsura seçkilərdən sonra Moskvaya qaçmağa cəhd edib. Lakin bu məlumat rəsmi təsdiqini tapmayıb.
Kübra Musayeva