Möhsün Rzayi- “Amerika üçün öldürücü silahımız var”

Möhsün Rzayi- “Amerika üçün öldürücü silahımız var”
02.11.2026 09:54 Dünya

Yaxın Şərqdə ABŞ ilə İran arasında mümkün hərbi qarşıdurma ilə bağlı ritorika sərtləşməkdə davam edir. Tehran Vaşinqtona qarşı indiyədək açıqlanmayan imkanlara malik olduğunu iddia edir. 

TodayPress TV  “Mario Nawfal”  “X”  kanalına istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli rəsmisi Möhsün Rzayi ABŞ-yə xəbərdarlıq edərək bildirib ki, növbəti müharibə başlayacağı təqdirdə Vaşinqtonu məhv edəcək “gizli” silahdan istifadə edə bilərlər.

“İranın hansısa sürprizə”malik olub-olmadığını soruşanlara cavabım bəlidir. Bizim ABŞ üçün sürprizimiz var.

“Əgər müharibə başlayarsa, Amerikanın buynuzlarını elə qıracağıq ki, bütün dünya bunu izləyəcək”.

Bu açıqlama fonunda belə bir sual yaranır: İran ABŞ ərazisində terror aktı törətməyi, yoxsa Fars körfəzi ölkələrində içməli su təchizatı üçün həyati əhəmiyyət daşıyan duzsuzlaşdırma zavodlarını hədəf almağı nəzərdə tutur?

Ümid edək ki, bunun nə olduğunu öyrənməyə ehtiyac qalmaz.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər