İran neft tankerlərini vurdu-2 milyonluq ziyan

İran neft tankerlərini vurdu-2 milyonluq ziyan
02.11.2026 08:42 Dünya

Fars körfəzində gərginliyin artması enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. İranın neft daşımalarını həyata keçirən gəmiləri hədəf alması regionda dəniz nəqliyyatının təhlükəsizliyini və qlobal enerji təchizatının sabitliyini sual altına qoyur.

TodayPress TV “Current Report” “X” kanalına istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gecə saatlarında iki neft tankerinə hücum edib. Tankerlərdən biri Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında, digəri isə Oman yaxınlığında hədəfə alınıb.

Gəmilərdən biri təxminən 2 milyon barel xam neft daşıyan supertanker olub.

Digər tanker isə Hörmüz boğazından kənarda, Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında vurulub.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər