Çin Ukrayna məsələsində qərarını verdi: ABŞ və Rusiyaya qapılar bağlandı?
Çin Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ və Rusiya ilə danışıqlar aparmağı planlaşdırmır.
TodayPress TV xəbər verir ki, bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayer açıqlayıb.
Onun sözlərinə görə, Pekində Çin lideri Si Cinpinlə keçirdiyi görüş zamanı sonuncu belə danışıqlara hazırlıq aparılmadığını bildirib. Bununla yanaşı, Çin hesab edir ki, mümkün sülh razılaşmasının hazırlanmasında Avropa da iştirak etməlidir.
Qeyd edək ki, Şençjendə keçiriləcək APEC sammiti çərçivəsində Çin, ABŞ və Rusiya nümayəndələrinin görüşü planlaşdırılır. Lakin Ukrayna məsələsinin həmin görüşdə müzakirə olunması nəzərdə tutulmur.
Digər tərəfdən, ABŞ Floridada keçiriləcək G20 sammitində iqtisadi məsələlərə üstünlük verməyi planlaşdırır.
Kübra Musayeva