Yeni müharibə başlasa, İranın hədəfində Britaniya olacaq
Yaxın Şərqdə mümkün yeni hərbi qarşıdurma ilə bağlı narahatlıqlar artarkən, İranın cavab tədbirlərinin region hüdudlarını aşaraq Avropadakı ABŞ hərbi infrastrukturunu da əhatə edə biləcəyi ehtimalı gündəmə gəlib. Bu kontekstdə Böyük Britaniyadakı RAF Fairford aviabazası potensial hədəflər sırasında göstərilir.
TodayPress TV “Current Report” “X” kanalına istinadən xəbər verir ki, İran yeni müharibə başlayacağı təqdirdə Böyük Britaniyada yerləşən RAF Fairford hərbi hava bazasını hədəfə ala bilər.Belə ki, ABŞ-nin strateji bombardmançı təyyarələrinin İrana qarşı əməliyyatlarda yenidən bu bazadan istifadə etməsi mümkündür.
RAF Fairford bazasında əvvəllər B-1B Lancer, B-52H Stratofortress və B-2A Spirit tipli bombardmançı təyyarələr yerləşdirilib.
Bu təyyarələr ABŞ-nin İrana qarşı əvvəlki hava zərbələrində istifadə olunub və döyüş əməliyyatları yenidən başlayacağı təqdirdə onların təkrar bölgəyə göndərilməsi istisna edilmir.
İran indiyədək RAF Fairford bazasına hücum etməyib. Lakin hazırkı vəziyyətin fərqli ola biləcəyi bildirilir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Ali rəhbər Müctəba Xamenei silahlı qüvvələrə düşmən tərəfindən yarana biləcək istənilən təhdidə dərhal, coğrafi məhdudiyyət olmadan cavab vermək barədə göstəriş veriblər.
İranın arsenalında minlərlə kilometr uzaqlıqdakı hədəfləri vurmaq imkanına malik, mənzili artırılmış variantları da mövcud olan “Xürrəmşəhr” ballistik raketi də var.
Zəhra Məmmədova