Latviya tarix yazdı: İlk dəfə BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.
TodayPress TV xəbər verir ki, Latviya noyabrın 1-dən etibarən bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Bu müddət ərzində Riqanın nümayəndələri Şuranın bütün rəsmi və qeyri-rəsmi iclaslarına rəhbərlik edəcəklər.
Latviyanın BMT-dəki səfiri Sanita Pavluta-Deslandes bildirib ki, ölkə sədrliyi zamanı milli maraqlarını və dəyərlərini müdafiə etməyə, həmçinin beynəlxalq aləmdə mövqeyini gücləndirməyə çalışacaq.
Diplomat vurğulayıb ki, Ukraynadakı müharibə Təhlükəsizlik Şurasının gündəliyində əsas məsələlərdən biri olaraq qalmalıdır. Onun sözlərinə görə, Latviya Rusiyanın Ukraynaya qarşı təcavüzünün normallaşdırılmasının qarşısını almağı və bu müharibənin qlobal nəticələrinə beynəlxalq diqqəti artırmağı hədəfləyir.
Kübra Musayeva