Donçiçdən fantastik performans: Beş statistik göstəricidə ilk oldu!

Donçiçdən fantastik performans: Beş statistik göstəricidə ilk oldu!
02.11.2026 09:48 İdman

“Los-Anceles Leykers” klubunun 27 yaşlı sloveniyalı basketbolçusu Luka Donçiç NBA tarixində bir oyunda beş fərqli statistik göstərici üzrə müəyyən edilmiş nəticəyə çatan ilk oyunçu olub.

TodayPress TV “StatMuse” statistik portalına istinadən xəbər verir ki, Donçiç bir qarşılaşmada ən azı 45 xal toplamaq, 15 ribaund etmək, 6 məhsuldar ötürmə vermək, 5 top oğurlamaq və 6 üçxallıq atış reallaşdırmaq uğuruna imza atıb.

Bu tarixi nailiyyət sloveniyalı basketbolçunun NBA-nın müntəzəm çempionatı çərçivəsində “Toronto Reptors”la görüşündə qeydə alınıb.

Donçiç qarşılaşmanı 45 xal, 15 ribaund, 6 məhsuldar ötürmə və 5 top oğurlama ilə başa vurub. O, ilk hissədə 24 xal, 8 ribaund, 4 məhsuldar ötürmə və 5 top oğurlama ilə yadda qalıb. Basketbolçu fasiləyədək 7 üçxallıq atışdan 6-sını dəqiq yerinə yetirib. İlk periodda isə 4 top oğurlayıb və 4 üçxallıq atış reallaşdırıb.

Qeyd edək ki, “Leykers” “Toronto” üzərində 131:125 hesablı qələbə qazanıb. Kaliforniya təmsilçisi qarşılaşma zamanı 26 xallıq üstünlük əldə etsə də, son periodda rəqibin fərqi azaltmasına imkan verib.

Bu qələbə “Leykers”in yeni NBA mövsümündə keçirdiyi yeddi oyunda beşinci uğuru olub.

Namiq HUN

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər