Trampın gizli təklifi üzə çıxdı: Polşalı nazir razılaşmadı
Polşanın müdafiə naziri ABŞ Prezidenti Donald Trampın təklifini rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Atlantic” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp bu ilin əvvəlində Vaşinqtonda keçirilən qapalı görüş zamanı Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışa hakim koalisiyadan ayrılaraq ifrat sağçı siyasi qüvvələrlə əməkdaşlıq etməyi təklif edib.
ABŞ prezidenti belə bir addımın polşalı nazirin Vaşinqtonla münasibətlərdə mövqeyini gücləndirə biləcəyini bildirib.
Lakin Polşa Xalq Partiyasına rəhbərlik edən və ölkənin Avropayönümlü hakim koalisiyasının üzvü olan Kosinyak-Kamış bu təkliflə razılaşmayıb.
Kübra Musayeva