Mə.hur futbolçu həbs edildi - SƏBƏB

Mə.hur futbolçu həbs edildi - SƏBƏB
18.06.2026 01:30 İdman

Futbol üzrə Kot-d'İvuar millisinin hücumçusu Elye Vai danışılmış oyunun təşkilində şübhəli bilinərək mayın 29-da Fransa polisi tərəfindən həbs edilib.

TodayPress TV bu barədə "The Athletic" nəşrinə istinadən xəbər verir.

Müqavilə ilə "Ayntraxt"a məxsus olan və icarə əsasında "Nitsa"da çıxış edən 23 yaşlı hücumçu Liqa 1-də "Sent-Etyen"lə matçdan (4:1) sonra saxlanılıb. O, həmin oyunda dubl müəllifi olmuşdu.

Mənbənin məlumatına görə, təhqiqat Fransa Peşəkar Futbol Liqasının mayın 17-də keçirilmiş "Nitsa" - "Mets" matçına edilən şübhəli mərclər, xüsusən də Vainin sarı vərəqə alması ilə bağlı bildirişlər almasından sonra başlayıb. Görüşün 35-ci dəqiqəsində hücumçu kobud fəndə görə xəbərdarlıq alıb. Bu, onun mövsümdəki beşinci sarı vərəqəsi olub və bu səbəbdən o, "Sent-Etyen"lə ilk pley-off oyununu buraxıb. Futbolçu dindirmədən sonra sərbəst buraxılsa da, araşdırma davam edir.

"Təsdiq edə bilərik ki, Fransa Liqa 1-də çıxış edən 23 yaşlı futbolçu mütəşəkkil fırıldaqçılıq, idmanda mütəşəkkil korrupsiya, cinayət yolu ilə əldə edilmiş gəlirlərlə davranma və çirkli pulların yuyulması ittihamları ilə Marsel prokurorluğu tərəfindən başladılan təhqiqat çərçivəsində mayın 29-da həbs olunub. O, polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. İstintaq davam edir", - deyə "The Athletic" Marsel prokurorluğunun nümayəndəsinin sözlərindən sitat gətirir.

Vai şübhəli oyundan dörd gün əvvəl, mayın 15-də Kot-d'İvuarın 2026-cı il dünya çempionatı üçün heyətinə daxil edilmişdi. ABŞ-də keçirilən turnirdə o, Ekvadorla matçın (1:0) start heyətində meydana çıxıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər