Məğlubiyyətlərdən sonra qələbə: U-15 millimiz Maltada fərqləndi

Məğlubiyyətlərdən sonra qələbə: U-15 millimiz Maltada fərqləndi
27.10.2026 12:55 İdman

Azərbaycanın U-15 futbol millisi Maltada təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Yığmamız Litva ilə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında rəqibindən üstün olan komandamız turnirin son matçında qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycanın U-15 millisi Maltada keçirilən turnirin ilk oyununda Latviyaya 0:3, ikinci qarşılaşmasında isə meydan sahiblərinə 0:1 hesabı ilə məğlub olub.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər