İranın kilid adamı: "Gücümüzü göstərdik deyə hamı başımıza yığışır"
İranın təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli rəsmisi Möhsün Rezai Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanından olan yüksək səviyyəli nümayəndələrlə keçirilən görüşlər barədə açıqlama verib.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, İran xalqının müqaviməti və Silahlı Qüvvələrinin gücü nəticəsində regionda yeni və müsbət ab-hava formalaşıb.
Onun sözlərinə görə, bu vəziyyət Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmiləri ilə aparılan müzakirələrdə də özünü göstərib.
İranlı rəsminin sözlərinə görə, görüşlərdə iştirak edən tərəflər regionun üzləşdiyi problemlərin həllinin dörd ölkə arasında əməkdaşlıqdan keçdiyini vurğulayıblar.
O əlavə edib ki, Qərbi Asiyada təhlükəsizlik region ölkələrinin öz səyləri ilə təmin edilməli, xarici müdaxilənin bütün formalarının qarşısı alınmalıdır.
Türkan İsgəndərli