Türkiyədə işsizlərin sayı artdı
Türkiyədə əmək bazarı ilə bağlı açıqlanan son göstəricilər işsizlik səviyyəsində artım olduğunu göstərir. Xüsusilə gənclər arasında qeydə alınan yüksəliş ölkədə məşğulluq vəziyyətini yenidən gündəmə gətirib.
TodayPress TV “Media 3” “X” kanalına istinadən xəbər verir ki, işsizlərin sayı sentyabr ayında əvvəlki ayla müqayisədə 198 min nəfər artaraq 2 milyon 967 min nəfərə çatıb.
İşsizlik səviyyəsi 0,5 faiz artaraq yüzdə 8,4 faiz təşkil edib.
Gənclər arasında işsizlik səviyyəsi isə sentyabr ayında əvvəlki ayla müqayisədə 1,6 faiz artaraq 14,8 faizə yüksəlib.
Zəhra Məmmədova