Türkiyədə kritik görüş: Azərbaycan səfiri hakimlə görüşdü

Türkiyədə kritik görüş: Azərbaycan səfiri hakimlə görüşdü
27.10.2026 12:00 Siyasət

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq müxtəlif istiqamətlər üzrə inkişaf etməkdə davam edir. Bu çərçivədə hüquq və məhkəmə sistemi sahəsində əlaqələrin genişləndirilməsi də ikitərəfli münasibətlərin gündəliyində yer alır.

TodayPress TV Türkiyədəki Azərbaycan səfirliyinin “X” kanalına istinadən xəbər verir ki, səfir Rəşad Aslanov nəzakət səfəri çərçivəsində Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə konstitusiya məhkəmələri arasında institusional əməkdaşlığın daha da gücləndirilməsi imkanları müzakirə olunub.

Görüşün hazırki regional və siyasi proseslər fonunda baş tutması diqqət çəkir.

Zəhra Məmmədova

TodayPress TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər