Dünyanın bir nömrəli dövlətinin lideri ombadan danışır - Arzu Qazıyeva yazır...
Noyabrın 3-də ABŞ Konqresinə seçkilər keçiriləcək. Bir nömrəli dövlətin birinci şəxsi – Donald Trampın Respublikaçılar Partiyasının seçiciləri ilə görüşlərindəki çıxışlarına baxın:
“Norveç xıltdır. Ötən ilki mükafatın mənə yox, Venesuela müxalifətçisinə verilməsi məni çox qəzəbləndirib. Norveç zibilxanadır”.
“Liviya, Yəmən, Haiti, Somali – mən onları ‘p*x ölkələr’ adlandırıram. Niyə həmişə üçüncü dünya ölkələrindən olan adamları qəbul etməliyik? Niyə Norveç, İsveç, Danimarkadan olan adamları qəbul edə bilməyək?”
Tramp sən demə, vurma cədvəlini bilməsi ilə də öyünüb. O, koqnitiv testlərdən keçərkən həkimlərin ondan rəqəmləri üçə vurmasını istədiyini deyib:
“Mən bunu üç dəfə etdim və bilirsiniz, buna görə heç bir hörmət-izzət görmədim. Heç kim bu barədə danışmır. Mən lənətə gəlmiş testdən keçdim! O həkim haradadır? Lənətə gələsən, o həkim haradadır?”
“Mən axmaq şeylər danışsam, siz məni yenə də alqışlayacaqsınız”.
Ən maraqlısı hələ irəlidədir.
Tramp Ohayo senatoru Con Hastedin ombasına necə zilləndiyini çox ətraflı təsvir edib:
“O, yaxınlaşdı və mənimlə çox nəzakətlə danışdı, mən isə dayanıb onun ombasını gözdən keçirirdim. Mən əvvəllər belə şeyləri heç vaxt etməmişəm. Yox, mən kişilərə belə şeyləri heç vaxt etməmişəm. Mən onun ombasını nəzərdən keçirdim, sonra çiyinlərinə, topuqlarına, biləklərinə və buxağının keçdiyi xəttə baxdım”.
Tramp Niki Minaja da kompliment deyib. Niki Minaj reperdir və Ağ Evin yeni mətbuat katibliyinə namizəddir.
“Mən əvvəllər çox gözəl ombalar görmüşəm, məsələn, Niki Minajın ombası kimi, düzdür? Onu gözdən qaçırmaq mümkün deyil”.
O qədər seçicinin arasında biri tapılmayıb Trampa desin ki, sən özün üçün əvvəlcə müəyyən et görək, kişi ombası, yoxsa qadın ombası?
Bu danışıqları ilə adamı hələ alqışlayırlar da.

Arzu Qazıyeva